Asiya İnkişaf Bankının Türkmənistan üzrə ölkə direktoru Artur Andrysiak bildirib ki, AİB Türkmənistanla hərtərəfli əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyi hədəfləyir.
Turaz.org xəbər verir ki, Andrysiak öz nitqində “AİB Türkmənistanın uzunmüddətli tərəfdaşıdır və ölkənin inkişaf ehtiyacları üçün mühüm əhəmiyyət kəsb edir. Biz Türkmənistanın iqtisadi və sosial inkişafına dəstək vermək və ölkənin regional əməkdaşlıq və inteqrasiya üçün katalizator olmasına kömək etmək üçün hökumətlə işləyirik” , deyə bildirib.
O qeyd edib ki, hazırda AİB Türkmənistan hökumətinin enerji, nəqliyyat və səhiyyə sahələrində, eləcə də özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində səylərini asanlaşdırmaq üçün çalışır.
“Ölkə tərəfdaşlığı strategiyasına uyğun olaraq, AİB-in dəstəyinə enerji ticarətinin stimullaşdırılması, bazarlara qoşulma və nəqliyyat infrastrukturuna investisiyalar vasitəsilə özəl sektorun inkişafı, həmçinin iqtisadiyyatın diversifikasiyası üzrə biliklər və islahatlar üzərində işləmə daxildir”, deyə ölkə direktoru bildirib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Aytac Qarayeva
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi