İyun 4, 2023

AİB Qırğızıstana mülki aviasiya mütəxəssislərinin hazırlanmasına kömək edəcək

Asiya İnkişaf Bankı Qırğızıstana mülki aviasiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasında, eləcə də hava nəqliyyatının genişləndirilməsində dəstək verəcək.

Turaz.org Dövlət Mülki Aviasiya Agentliyinin mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki , bu məsələyə Agentliyin direktor müavini Timur Əskərovla AİB-in məsləhət missiyasının nümayəndəsi arasında keçirilən görüşdə baxılıb. Yardım Qırğızıstanda aviasiya sektorunun potensial inkişafı ilə bağlı araşdırma aparan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində göstəriləcək.

Tərəflər mülki aviasiyanın inkişaf perspektivlərini müzakirə edib, həmçinin elan edilmiş planların həyata keçirilməsi üçün lazımi yardımın göstərilməsi imkanlarını nəzərdən keçiriblər.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/turk-dovletleri-teskilati-qazaxistandaki-president-seckileri-aciq-ve-seffaf-kecirilib/

Translate »