Sentyabr 30, 2022

AİB Tacikistanda məktəblərdə ETMR tədrisini yaxşılaşdırmaq üçün milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Tacikistan hökumətinə elm, texnologiya, mühəndislik və riyaziyyat (ETMR) üzrə ümumi orta təhsilin əlçatanlığını və keyfiyyətini yaxşılaşdırmaq üçün 1 milyon ABŞ dolları məbləğində texniki yardım qrantını təsdiqləyib.

Turaz.org xəbər verir ki, texniki yardım qrantı 5-11-ci sinifləri hədəfləyən Tacikistanda orta ETMR təhsilini gücləndirmək üçün davam edən investisiya layihəsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dəstək verəcək. Sonrakı investisiya layihəsi 2023-cü il üçün Tacikistanda AİB layihələrinin göstərici proqramına daxil edilmişdir.

Elm, texnologiya, mühəndislik və riyaziyyatı birləşdirən ETMR əməkdaşlığı, ünsiyyəti, kəşfiyyatı, problemləri həll etməyi, tənqidi düşünməyi və ixtiraçılığı vurğulayır. Bütün bunlar tələbələrin karyera məqsədlərindən asılı olmayaraq göstəricilərini artırmaq və uğur qazanmaq üçün lazım olan bacarıqlar hesab olunur.

Texniki yardım qrantı ölkədə ETMR tədrisinin ətraflı təhlilini hazırlayacaq, növbəti investisiya layihəsinin bir hissəsi kimi təmir və yeniləmə üçün orta məktəbləri seçəcək, seçilmiş məktəblər üçün satınalma planlarını və tender sənədlərini hazırlayacaq və sonrakı layihənin ilkin fəaliyyətinə və başlanmasına dəstək verəcək.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/qirgizistanda-iki-kicik-zelzele-bas-verib
Həmçinin bax: kafkazh.com/qorqud-toponimi-haqqinda-3-fikir

Translate »