Oktyabr 5, 2022

Aleksandr Oveçkinin komandası baş məşqçisiz qaldı

2018-ci ildə çempion olduqdan sonra keçirdiyi son 2 mövsümdə uğursuz çıxış edən “Vaşinqton”da islahatlara start verilib. MHL-in ən nüfuzlu hokkeyçilərindən sayılan Aleksandr Oveçkinin şərəfini qoruduğu “Kapitalz”da rəhbərlik bu yöndə ilk addımını atıb…

“Vaşinqton”un baş məşqçisi Todd Rirden istefaya göndərilib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Mətbuata açıqlama verən klubun baş meneceri Brayan Maklellan dəyişikliyin zəruri olduğunu bildirib: “Biz komandamıza böyük ümidlər bəsləyirik. Rəhbərlik artıq məsələyə müdaxilə etməli idi. Klubumuzda işlədiyi dövrlərdə çəkdiyi əziyyətə görə Rirdenə təşəkkür edirik. O, bizim komanda üçün önəmli sima idi. 2018-ci ildə Stenli Kubokunu qazanarkən də Todd komanda üçün əlindən gələni etmişdi. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq”.Xatırladaq ki, 49 yaşlı Rirden “Vaşinqton” tarixinin 18-ci baş məşqçisi olub. 2018-ci ildə Stenli Kubokunu qazanan komandanın “sükanı arxasına” keçən Rirden ardıcıl 2 mövsüm komandanı pley-offa çıxarsa da, “Kapitalz” hər iki cəhddə ilk mərhələdə mübarizəni dayandırıb. Ötən il Aleksandr Oveçkinin lider olduğu komanda 7 oyunluq seriyada “Karolina Harrikeynz” qarşısında aciz qalmışdısa, bu mövsüm paytaxt təmsilçisi seriyada “Aylenders”ə 1:4 hesabı ilə məğlub olub.

 Mənbə:idmantv.az

Müxbir: TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://tehsilim.org/telebelerin-kocurulmesi-ile-bagli-sened-qebulu-basa-catib/

https://www.bbc.com/news/world-us-canada-53885239

Translate »