Oktyabr 24, 2021

Ali məktəbə qəbul olunanların adları bu gün açıqlana bilər – Qruplarda VƏZİYYƏT

Ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsinin nəticələri bu gün açıqlana bilər. Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki,Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul olunanların adlarının bu gün

və ya sabah elan oluna biləcəyini bildirib. Qeyd edək ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı və 21 sentyabr saat 10:00-da baş çatmışdı.Bu il ümumilikdə 66454 abituriyent və subbakalavr ixtisas seçimi edib.I qrup üzrə

18309 nəfər (16918 nəfər Azərbaycan bölməsi, 1391 nəfər rus bölməsi)II qrup üzrə 12244 nəfər (11380 nəfər Azərbaycan bölməsi, 864 nəfər rus bölməsi)III qrup üzrə 17704 nədər (16654 nəfər Azərbaycan bölməsi, 1050 nəfər rus bölməsi)

IV qrup üzrə 4557 nəfər (4208 nəfər Azərbaycan bölməsi, 349 nəfər rus bölməsi)V qrup üzrə 19844 nəfər (18552 nəfər Azərbaycan bölməsi, 1292 nəfər rus bölməsi)

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 2020/2021-ci tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə 49 449 plan yeri ayrılıb. Bunlardan 21 934 dövlət sifarişlidir.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/virtual-mekteble-bagli-maariflendirici-melumatlar/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »