Sentyabr 28, 2022

Ali məktəblərə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

 

 

Ali təhsil müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi günləri müəyyən edilib.

Turaz.org xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri.

Müxbir: Əzizə Əlizadə

Translate »