Mart 29, 2023

“Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdiriləcək

Bu gün Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilib.

Turaz.org-un xəbərinə görə, layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil nazirinin müavini İdris İsayev, deputatlar və digər şəxslər çıxış ediblər.

Daha sonra İşçi Qrup tərəfindən qanun layihəsinin daha da təkmilləşdirilməsi, bəzi məsələlərin dəqiqləşdirilməsi və daha sonra ictimai müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »