Oktyabr 24, 2021

Ali təhsil müəssisələrində yenilik

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.

İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, İT mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.

Müxbir: Nağızadə Ayşən

Translate »