Sentyabr 30, 2022

Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

Britaniyalı alimlər koronavirusdan qorunmaq üçün sosial məsafəyə riayət etmək barədə tövsiyələri kəskin tənqid ediblər.

Koronavirus , bu barədə “Independent” xəbər yayıb.

Onların sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq və qorunmaq üçün iki metr məsafə saxlamaq barədə tövsiyələr 1940-cı illərə aid köhnəlmiş elmi məlumatlara əsaslanır.

Mütəxəssislər hesab edirlər ki, sosial məsafə barədə göstərişlər pandemiya tədbirlərinin mərkəzi elementi olmamalıdır və COVID-19 ilə mübarizə qaydalarını tərtib edərkən fərqli şərtlərə baxmaq lazımdır.

“Viral hissəciklərin yayılmasına hava axını da daxil olmaqla bir çox amillər təsir edir”, – deyə alimlər bildiriblər.

Onların sözlərinə görə, tövsiyələr üçün bir sıra faktorlar – fəaliyyət növü, şərtlər (açıq və ya qapalı məkan), ventilyasiya səviyyəsi, maska taxmaq, həmçinin kontakt müddəti, insanın infeksiyaya həssaslığı və ötürücünün virus yükü nəzərə alınmalıdır.

Bütün bu məlumatlara əsasən pandemiyanın qarşısını almaq üçün kompleks yanaşma qurmaq olar.

Alimlər daha çevik göstərişlərin normal həyata qayıtmağa imkan verə biləcəyini və ölkələrin iqtisadiyyatının bərpasına şərait yaradacağını vurğulayıblar.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Hemcinin bax https://turaz.org/putin-lukasenkonun-isteyi-ile-belarusa-mudaxile-ucun-ehtiyat-polis-quvvesi-yaradib/

https://turaz.org/lionel-messi-mancester-sitiye-kecmeye-yaxindir/

Translate »