Noyabr 28, 2021

Almaniya kansleri Angela Merkel ölkədəki koronavirus vəziyyətini “dramatik” adlandırıb

Almaniyanın koronavirusla bağlı vəziyyəti “dramatikdir”. Kansler Angela Merkel çərşənbə günü (17 noyabr) gücləndirici vaksinləri daha sürətli yaymağa və peyvənddən şübhələnənlərin fikirlərini dəyişməyə çağırıb.

Turaz.org xəbər verir ki, çərşənbə günü Almaniyada yoluxma sayı rekord həddə çatıb. Belə ki, əvvəlki həftə ilə müqayisədə üçdə birlik bir sıçrayış yaşanaraq 52,826 yeni yoluxma halı qeydə alınıb. Eyni zamanda son məlumatlara görə 294 nəfər öldüyü, bununla da pandemiyanın dördüncü dalğasının Avropaya təsirinin güclənməsiylə ümumi sayı ölü sayının 98,274-ə çatdığı bildirildi.

“Peyvəndlənmədə iştirak edən hər kəs özünü və başqalarını qoruyur. Əgər kifayət qədər insan peyvənd olunarsa, bu, pandemiyadan çıxış yoludur.”

“Dördüncü dalğa ölkəmizi bütün gücü ilə vurur, -o əlavə edib,-gündəlik yeni infeksiyaların sayı əvvəlkindən daha çoxdur … və gündəlik ölüm sayı da qorxudur.”

Peyvəndlənməylə bağlı tərəddütlərinə görə Avropanın ən sıx məskunlaşdığı ölkəsində insanların yalnız 68 faizi tam peyvənd olunub və yalnız 5 faizi isə gücləndirici peyvəndi və ya 3-cü dozanı vurdurub, bu da Qərbi Avropadakı orta göstəricidən aşağıdır.

Sentyabr ayında keçiriləcək seçkidən sonra koalisiya hökuməti qurmaq üçün aparılan danışıqlar zamanı, müvəqqəti olaraq hakimiyyətdə olan Merkel, 3-cü doza peyvəndlənmənin kütləvi şəkildə yayılması üçün milli səy göstərilməli olduğunu söylədi.

O, həmçinin cümə axşamı günü toplanan federal və regional liderlərə, bir həftə ərzində xəstəxanaya getməli olan yoluxmuş insanların sayına əsaslanaraq daha sərt məhdudiyyətlərə səbəb olacaq bir tədbir tətbiq etmək üçün müraciət etdi.

Səhiyyə naziri Jens Spahn peyvəndləri daha kasıb ölkələrə paylayan COVAX şirkətinə bağışlamaq planlarını təxirə saldığı üçün Almaniyanın gücləndirici kampaniya üçün kifayət qədər dozaya sahib olduğunu söylədi.

Növbəti hökuməti qurmaq üçün danışıqlar aparan Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar cümə axşamı parlamentdə səsə qoyulacaq qanun layihəsində pandemiya ilə mübarizə üçün bir sıra tədbirlər təklif etməyə hazırlaşırlar.

Onlar ictimai nəqliyyatdan istifadə edən və ya iş yerlərinə gedən insanları mənfi COVID-19 testi və ya sağalma və ya peyvənd sənədi təqdim etməyə məcbur etmək istəyirlər.

Tərcümə etdi: Aytac İsrayılova

Həmçinin bax: turaz.org/avstraliya-cinden-gelen-hessas-texnologiyanin-qarsisini-almaga-calisir/

Translate »