Oktyabr 23, 2021

Almaniya səfiri “Azərsu”ya çağırış edib

Çox şadam ki, Almaniya dayanıqlı inkişaf məsələsinə töhfə verir. Biz azad bazar iqtisadiyyatına inanırıq”.

Turaz.org xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

“Dövlət subsidiyalarından aslı olan və nəticə etibarilə yerli icmalarla təmas qura bilməyən, iqtisadiyyat üçün ağır yük olan iri şirkətlərin əhəmiyyətinə inanmırıq:. Almaniyada ixtisaslaşmış şirkətlər öz sahələri üzrə fəaliyyət göstərməklə dünya öndərlərinə çevrilib. Almaniya-Azərbaycan Ticarət Palatasına gəldikdə isə inanırıq ki, biz həm mərkəzi hökumət, həm də bələdiyyə qurumları səviyyəsində bu məsələ ilə bağlı əməkdaşlıq edə biləcəyik. Bir nümunə çəkim. Mən Bakının Badamdar qəsəbəsində yaşayıram. Orda su xəttində sızma baş vermişdi. Sızmanın həcmi o qədər böyük idi ki, nəticə etibarilə təmiz su itkisinə səbəb olmaqla yanaşı, yol boyu hərəkəti dayandırmışdı. Halbuki sızmanın qarşısını alan cihazların quraşdırılması bununla bağlı halların qarşısını tam almağa imkan verir. İnnovasiyaları təmin etmək üçün vəsait ayırmaq lazımdır. Almaniya şirkətlərini inandırmaq çətindir. Onlar deyirlər ki, struktur şəffaf olmalıdır, Ona görə Azərbaycandan olan tərəfdaşlara o cümlədən “Azərsu” ASC-yə səslənərək demək istəyirəm ki, gəlin səylərimizi birləşdirməklə şəffaf və təmiz içməli su təminatına nail olaq”, – o deyib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »