Dekabr 5, 2022

Almaniya Ukraynaya əlavə haubitsalar və RYAS verəcək

Almaniya Ukraynaya əlavə “Panzerhaubitze 2000” haubitsaları və “MARS II” reaktiv yaylım atəşi sistemləri (RYAS) verməyi öhdəsinə götürüb.

Turaz.org UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter mikrobloqunda bildirilib.

“Ramşteyn” formatında (təxminən 50 dövlətin daxil olduğu Ukraynanın müdafiəsi üzrə beynəlxalq təmas qrupu) görüş müharibə – Rusiyanın raket hücumları və Rusiyada qismən səfərbərlik, saxta referendumlar və Ukraynanın əks-hücumları dövründə keçirilir. Biz hazırkı dəstəyimizi koordinasiya edirik. Bir neçə həftə ərzində Ukraynaya əlavə “PzH2000” və “MARS II” veriləcək”, – Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/stoltenberq-akarla-gorusde-turkiyeye-tesekkurunu-bildirib/

Translate »