Oktyabr 21, 2021

Almaniyanın Xarici İşlər naziri Türkiyəyə səfər edib


AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə Ankarada görüşüb.
Birgə keçirilən mətbuat konfransında Aralıq dənizindəki vəziyyət, qaçqınlar problemi, gündəlikdə olan digər məsələlərə dair Türkiyənin mövqeyini çatdıran nazir Mövlud Çavuşoğlu, regional məsələlərdə Almaniyanın sərgilədiyi sülhməramlı missiyaya görə həmkarına təşəkkürünü bildirib. O söyləyib ki, Türkiyə Aralıq dənizi ilə bağlı sahil ölkələrinin hamısını qane edəcək bir yanaşmanın tərəfdarıdır. Anadolunun iki kilometrliyində yerləşən Yunanıstandan isə 580 kilometr aralıda olan Meis adası Aralıq dənizindəki sərhəd üçün meyar seçilə bilməz. Türkiyə Avropa Birliyi ilə münasibətlərdə üzərinə düşənləri həyata keçirib, yalnız qarşı tərəf öhdəliklərini yerinə yetirməyib. Almaniyanın Xarici İşlər naziri Heiko Maas bildirib ki, Türkiyə və Yunanıstan problemlərin dialoq vasitəsi ilə həllinə tərəfdar olduqlarını bəyan edirlər. Lakin bu istiqamətdə real addımlar atılması faydalı olardı. Qarşıdurma çox zərərli və təhlükəlidir.

Müxbir: turaz.org xüsusi müxbir Arzu Əliyeva

Menbe:azertag.az
Həmçinin bax:https://kafkazh.com/vetenin-qururlu-ovladlari-5/

https://www.bbc.com/azeri/azerbaijan-53911535

Translate »