Yanvar 26, 2022

“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var

Bakıda “Alov qüllələri” hotelinin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var.

Turaz.org-un məlumatına görə, hotelin qarşısında yerləşən sütunun içində olan qaz balonu partlayıb.

Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir: Əzizə Əlizadə

Translate »