Bu gün İraqda yaşayan azərbaycanlılara (İraq türkmənləri) qarşı törədilən Altunkörpü və Təzəxurmatı qətliamından 31 il ötür.
Turaz.org xəbər verir ki, 1991-ci il mart ayının 28-də İraqda hakimiyyətdə olan Ərəb Sosialistlər (BƏƏS) partiyası tərəfindən Kərkük yaxınlığındakı Altunkörpü qəsəbəsində və Təzəxurmatıda yaşayan azərbaycanlılara (türkmənlər) qarşı qətliam törədilib. Qətliamda 100-dən çox azərbaycanlı şəhid edilib.
Qeyd edək ki, Kərkük, Təzəxurmatı, Ərbil, Mosul, Təlafər və s. ərazilər tarixinən Azərbaycan türklərinin yaşadığı qədim yaşayış məntəqələri olmuşdur. Səddam Hüseyn dönəmindən etibarən əraziyə çox sayda ərəb köçürülmüş, ABŞ işğalından sonra isə planlı şəkildə bölgəyə kürdlərin sürətli axını başlamışdır.
Son Xəbərlər
Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub
“Onun hekayəsi” kitabının təqdimatı keçirilib
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək