İyun 2, 2023

Amerika şirkətlərinin rəhbərləri Türkmənistana işgüzar səfər edəcəklər

ABŞ şirkətlərinin rəhbərləri bu ilin sonuna kimi ticarət və investisiya sahəsində əməkdaşlığı müzakirə etmək üçün Türkmənistana səfər etməyi planlaşdırırlar.

 

Turaz.org Türkmənistan-ABŞ Biznes Şurasının icraçı direktoru Erik Stüartın nitqini aşağıda təqdim edir:

 

“COVİD-19 pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətləri səbəbindən ABŞ və Türkmənistan arasında işgüzar əməkdaşlığın inkişaf etdirilməsi prosesi ləngiyib. Lakin indi pandemiyanın səbəb olduğu problemləri müəyyən qədər həll etdiyimizdən, ABŞ-nin digər ölkələrə işgüzar missiyasının həyata keçirməsi məsələsi gündəlikdə ön plana çıxıb. Bu səbəbdən, Amerika şirkətlərinin rəhbərləri bu il Türkmənistana səfər etməyi planlaşdırırlar. ”

 

Erik Stüart həmçinin vurğulayıb ki, qarşıdan gələn səfər Amerikanın enerji, sənaye, kənd təsərrüfatı, maliyyə və turizm şirkətlərində böyük maraq doğuracaq:

 

“Bu, Türkmənistan və ABŞ arasında münasibətləri genişləndirmək üçün yaxşı fürsət olacaq. Biz əlaqələri daim yeniləmək və biznes imkanlarından istifadə etməyə davam etmək istəyirik”, – Stüart öz nitqini yekunlaşdırıb.

 

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/ozbekistan-qazaxistan-serhedinin-demarkasiyasi-ile-bagli-ortaq-raziliq-elde-olunub/

Translate »