Dekabr 5, 2021

ANAMA əməkdaşı Zəngilanda minaya düşüb

Zəngilanda mina partlayışı olub.

Turaz.org-un məlumatına görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Müxbir: Əzizə Əlizadə

Translate »