Dekabr 5, 2022

ANAMA rəhbəri: “Elə ərazilər var ki, cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb”

“Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən sıx şəkildə minalarla çirkləndirilib. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb”.

TURAZ.ORG-un xəbərinə görə, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

O bildirib ki, Ermənistanın təqdim etdiyi minalanma haqqında xəritələrin cəmi 2 faizi istfadəyə yararlı olub və daha çox keçmiş təmas xətti minalanıb.

“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb. Məsələn, Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılıb. Bütün bu və bu kimi bir çox faktlar ərazilərin nə qədər sıx şəkildə minalandığı barədə aydın təsəvvür yaradır”- V.Süleymanov vurğulayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »