Sentyabr 30, 2022

Andrey Babiş: ABŞ qoşunlarının Çexiyada yerləşdirilməsi üçün səbəb görmürəm

Çexiya hakimiyyəti ölkədə amerikalı hərbçilərin yerləşdirilməsi üçün səbəb görmür.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çexiyanın Baş Naziri Andrey Babiş ölkəsinə səfər edən ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə danışıqlardan öncə deyib.

ABŞ-ın 12 min nəfərlik hərbi kontingentinin dislokasiyası barədə sualı cavablandıran Andrey Babiş Praqanın onların Çexiyada yerləşdirilməsinə ehtiyac duymadığını vurğulayıb.

“ABŞ qoşunlarının ölkəmizdə yerləşdirilməsi üçün səbəb görmürəm. Çexiya bunda maraqlı deyil. Biz NATO alyansında müttəfiqik və bununla heç nə dəyişmir. Onların ölkəmizdə yerləşdirilməsi barədə məsələ heç vaxt gündəlikdə olmayıb. Məni daha çox ticarət münasibətləri maraqlandırır”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo səhər saatlarında Praqaya səfər edib. O, avqustun 12-də ölkənin Baş Naziri Andrey Babişlə danışıqlar aparacaq, sonra isə Prezident Miloş Zemanla görüşəcək.

Menbe:Azertac.az

Müxbir: TurAz.org xüsusi müxbiri Arzu Eliyeva

Həmçinin bax :https://kafkazh.com/hilmi-ziya-ulkenin-felsefi-gorusleri/

https://turaz.org/azərbaycanin-mudafiə-naziri-turkiyədə-isguzar-səfərdədir/

Translate »