İyun 2, 2023

Ankarada “Dünya Türk Birliyi” təşkilatı yaradılıb

Ankarada rəsmi olaraq “Dünya Türk Birliyi” qurulub və Nurullah Ağrı Qurucular Şurasının sədri təyin edilib.

Turaz.org  xəbər verir ki,, “Dünya Türk Birliyi”nin yaradılmasının tarixi və sevindirici bir addım olduğunu deyən Qurucular Şurasının sədri Nurullah Ağrı və rəhbərliyi birliyin Türk dövlətlərinə bir kanal olacağını bildirdi. Başqan Ağrı, Birliyə ən yaxşı töhfəsini və dəstəyini verəcəyini ifadə edərək, Birliyin İdarə Heyətinin üzvlərinə və formalaşmasında əməyi olan bütün qurum və şəxslərə təşəkkür etdi.

Elm adamlarının iştirakı və uzun bir araşdırma ilə qurulan DTB çox qısa müddətdə Türkiyə daxilində və Türk Dünyasında, eləcə də Dünya Türk Birliyinin Ankara Baş Qərargahında təşkilatlanmağa başlayacaq.

“Dünya Türk Birliyi” rəhbərliyinə, Qurucular Şurasının sədri Nurullah Ağrı, sədr müavini Prof.Dr. Ahmet Gökhan Yazıcı, vitse-prezident Prof.Dr. Ahmet Çetin, Baş Katib, İnşaat Mühəndisi Mehmet Hakan Ağrı, Baş Mühasib Durak Turan Düz, İdarə Heyətinin üzvü Dos. Dr. Ersin Karaman, İdarə Heyətinin Üzvü, Politoloq Çağrı Muhammed Ağrı, Mətbuat müşaviri Jurnalist – Müəllif, Enver Gülər.

Müxbir: Hakan Dikmen

HƏMÇİNİN BAX: Uyğur soyqırımı kölgəsində keçirilən Qış Olimpiya Oyunları

Translate »