Yanvar 29, 2022

Aqilbəy Cəfərov və Əsgər Mamin ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Nur-Sultan şəhərinə (Qazaxıstan) işgüzar səfəri çərçivəsində Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov Qazaxıstanın Baş naziri Əsgər Mamin ilə görüşüb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.

Cəfərov və Mamin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi barədə qarşılıqlı razılıq ifadə ediblər və iqtisadi, logistika, nəqliyyat, bitki örtüyü, su-energetika və digər sahələrdə layihələrin təşviqi üçün real addımların atılması barədə razılığa gəliblər.

Aqrar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Qazaxıstan tərəfi şəkər istehsalı ilə məşğul olan Qırğızıstan sahibkarları ilə təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib, həmçinin şəkər çuğunduru və xam şəkər istehsalı üzrə birgə müəssisənin açılması imkanlarına baxmağı təklif edib.

Qazaxıstan tərəfi min ton payızlıq buğdanın tədarükünə köməklik göstərəcəyini qeyd edib.

Hökumət başçıları həmçinin əhalinin kommunal və kənd təsərrüfatı texnikası ilə təmin olunması üçün birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Aqilbəy Cəfərov qeyd edib ki, Qırğızıstan prezidenti Sədir Cəfərovun tapşırığı ilə yaxın vaxtlarda Bişkekdə 2 min ədəd avtobus buraxılacaq və bu nəqliyyatın tədarükçünün müəyyən edilməsi məsələsi həll olunur.

Öz növbəsində Qazaxıstanın baş naziri bu layihəni həyata keçirməyə hazır olduğunu bildirib və qeyd edib ki, Qazaxıstanda istehsal olunan elektrik avtobusları səmərəliliyi, təhlükəsizliyi və istifadədə dayanıqlığı ilə seçilir.

Tərəflər Qırğızıstan ərazisində topdansatış paylama mərkəzlərinin yaradılması və fəaliyyəti, o cümlədən Ak-Tilek və Qarasu sərhədi ərazisində sənaye ticarəti və logistika kompleksinin yaradılması , istifadəyə verilməsi 2022-ci ilin fevralına planlaşdırılan keçid məntəqələri və istismarı üzrə birgə Fəaliyyət Planını (Yol Xəritəsi) ətraflı müzakirə ediblər.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-qazaxistandan-12-min-ton-bugda-almaq-niyyetindedir
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »