Sual: Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlaması barədə nə deyə bilərsiniz?
Cavab: Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir.
Bu xüsusda, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir. Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir.
Mənbə:mfa.gov.az
Müxbir :TurAz.org xüsusi müxbiri Cəfərova Aytac
Həmçinin bax : https://kafkazh.com/neyrotransmitterler/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib