Fevral 1, 2023

Artıq 61 ölkə Monqolustana vizasız səyahət edə biləcək 

Monqolustan 34 ölkənin vətəndaşlarını 2025-ci ilin sonuna qədər 30 günə qədər viza tələbindən azad edib.

 

Turaz.org xəbər verir ki, bu ölkələrə Avstriya, Belçika, Macarıstan, Fransa və Danimarka kimi 32 Avropa ölkəsi, eləcə də, Avstraliya və Yeni Zelandiya daxildir. Nəticədə Monqolustana vizasız səyahət edən ölkələrin sayı 61-ə çatıb. Bundan əlavə, Monqolustan hökuməti 2023 və 2024-cü illəri “Monqolustanı Ziyarət İlləri” elan etmək qərarına gəlib.

 

Hazırda ölkə iqtisadiyyatı başlıca olaraq, ixrac yönümlü mədənçıxarma sektorundan asılıdır. Turizmin inkişafı onun iqtisadiyyatını şaxələndirmək üçün ən əlverişli yol kimi qiymətləndirilir. Monqolustan 2024-cü ildə bir milyon xarici turisti qəbul etməyi və turizmdən 1 milyard ABŞ dolları gəlir əldə etməyi qarşısına məqsəd qoyub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/turk-sexs-adlarinin-dilimize-transliterasiyasi/

Translate »