Dekabr 9, 2022

AŞ-nın prezidenti Qazaxıstana səfər edəcək.

Avropa Şurasının prezidenti Çarlez Mişel Qazaxıstan və Özbəkistana səfər etməyi planlaşdırır.

 

Turaz.org xəbəb verir ki, O, Twitter hesabında president Qasım-Comərt Tokayevin dəvəti ilə oktyabrın 26-27 tarixlərində Astanaya daha sonra isə president Şövkət Mirziyoyev ilə görüşmək üçün Özbəkistana səfər edəcəyini yazıb. “Mərkəzi Asiyada əlaqələri dərinləşdirmək və regionlararası əlaqələri dəstəkləmək üçün hazırıq” deyə paylaşım edib.

Sentyabrın 21-də Qlobal Qida Təhlükəsizliyi zirvə görüşündə dövlət başçısı Qasım-Comərt Tokayev Çarlez Mişel ilə görüşüb. Tərəflər Qazaxıstan və Avropa İttifaqı arasında strateji əməkdaşlığı gücləndürmək üçün inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu zaman onlar diqqəti siyasi dialoqun inkişafına və ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldiblər. Liderlər dövlət başçısının ötən ilin noyabrında Brüsselə rəsmi səfəri nəticəsində əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirildiyini vurğuladılar.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Translate »