Aşqabadda Türkmən-Amerika Biznes Türkmənistanın Ticarət və Sənaye Palatasında Türkmənistan-ABŞ biznes forumu öz işinə başlayıb.
Turaz.org xəbər verir ki, burada ölkələr arasında ticarət və investisiya sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq. Görüşün əsas mövzuları arasında Türkmənistanın dövlət və özəl müəssisələrinin Amerika biznesi ilə sənaye, energetika, səhiyyə və dərman istehsalı, kənd təsərrüfatı və nəqliyyat sektorunda qarşılıqlı əlaqəsi olub. Türkmənistan tərəfindən 60-dan çox şirkət və dövlət qurumları, Amerika tərəfindən isə Boeing, Case New Holland, John Deere, Visa, Smartmatic, Oxbow, Niklaus Companies, UGT Renewables və s. kimi şirkətlərin nümayəndələri forumda iştirak edir. Forum baş qərargahı Vaşinqtonda yerləşən və ölkələr arasında kommersiya əlaqələrinin inkişafına kömək edən qeyri-kommersiya təşkilatı olan Türkmənistan-ABŞ Biznes Şurası çərçivəsində təşkil edilən missiya in bir hissəsi olaraq keçirilir.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/cenubi-koreya-ozbek-miqrantlar-ucun-kvotani-artira-biler/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək