Oktyabr 28, 2021

ATƏT/DTİHB missiyası prezident seçkilərini müşahidə etmək üçün Özbəkistana gedib

Turaz.org xəbər verir ki, sentyabrın 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) 11 eksperti ölkəyə gedib, gələn həftə 28 uzunmüddətli müşahidəçinin getməsi gözlənilir.
DTİHB həmçinin ATƏT ölkələrindən seçki gününə bir neçə gün qalmış 250 qısamüddətli müşahidəçi göndərməsini tələb etməyi planlaşdırır.

Missiya, seçkinin ATƏT öhdəliklərinə və demokratik seçkilər üçün digər beynəlxalq öhdəliklərə və standartlara, eləcə də milli qanunvericiliyə uyğun olaraq keçiriləcəyini qiymətləndirəcək. Müşahidəçilər, seçicilərin qeydiyyatı, təşviqat fəaliyyəti, seçki idarəsinin və aidiyyəti dövlət orqanlarının işi, seçki ilə bağlı qanunvericilik və onun icrası və seçki ilə bağlı mübahisələrin həlli kimi əsas aspektləri yaxından izləyəcəklər. Missiya, kampaniyanın mediada işıqlandırılmasını da izləyəcək.

“Təxminən üç həftə sonra ilk hesabatımızı dərc edəcəyik. Görülən işlər haqqında konkret məlumatlar veriləcək ”, – deyə ATƏT/DTİHB Özbəkistandakı Seçki Müşahidə Missiyasının rəhbəri Eoghan Murfy bildirib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qirgizistanda-parlament-seckileri-davam-edir/

Translate »