ATƏT-in Daimi Şurasının iclası keçirilib. ATƏT üzvləri Rusiyaya müraciət ediblər.
Turaz.org xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Maria Şmit tviter hesabında yazıb.
“İştirakçı dövlətlər Rusiyanı işğalı dayandırmağa çağırıblar. Zorakılığa son qoyulmalı, humanitar yardıma və təhlükəsiz keçidə icazə verilməlidir.
ATƏT-in bütün diplomatik mexanizmləri açıqdır və dövlətlərin ixtiyarındadır”, – Helqa Maria Şmit bildirib.
“Ukraynadakı ATƏT əməkdaşları ilə fəxr edirəm. Onlar bu cür müstəsna işlər görürlər. İndi onlar təhlükəsiz yerə köçürlər, lakin mən israr edirəm ki, bu köçürülmə müvəqqətidir.
Fədakarlıqlarına və bu qaranlıq günlərdə inamı saxladıqlarına görə hər kəsə təşəkkür edirəm”, – ATƏT-in Baş katibi əlavə edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib