Fransa, Almaniya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının ATƏT-in Vyanadakı səfirləri Mərkəzi Asiya regionuna səfərləri çərçivəsində bu gün Qırğızıstan Respublikasına işgüzar səfər edib.
Turaz.org Böyük Britaniyanın Qırğızıstandakı səfirliyinə istinadən xəbər verir ki, səfər heyətinin tərkibinə səfir Kristin Faqs (Fransa), səfir Gesa Braeutigam (Almaniya), səfir Nil Buş (Böyük Britaniya) və səfir Maykl Karpenter (ABŞ) daxildir. Regional səfər çərçivəsində onlar indiyə kimi artıq Qazaxıstan, Tacikistan və Özbəkistanda olublar. Qırğızıstana səfərləri zamanı onlar Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyində görüşlər keçirəcək, Bişkekdə ATƏT-in Proqram Ofisinə, eləcə də ATƏT Akademiyasına baş çəkəcəklər. Bundan əlavə, səfirlər ATƏT-in dəstəyi ilə Dövlət Gömrük Xidmətinin K9 təlim bazası ilə tanış olacaqlar. Səfirlər işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşmək imkanı əldə edəcəklər. “Mərkəzi Asiya bizim üçün vacib regiondur və buna görə də biz bura Quad formatında səyahət edirik. Biz bu müddət ərzində vətəndaş cəmiyyəti ilə görüşəcək, yerlərdə layihələrin icra prosesinə nəzarət edəcəyik və siyasi xadimlərlə görüşəcəyik. Biz birlikdə işləməyin vacibliyini bir daha vurğulamaqla yanaşı, ATƏT-i və ATƏT-in bütün prioritet sahələri üzrə təhlükəsizlik məsələlərini müzakirə edəcəyik”, – deyə səfirlər bildiriblər.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/qirgizistan-prezidenti-turk-dovletlerini-ticaret-elaqelerini-genislendirmeye-cagirib/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub