Oktyabr 20, 2021

ATP və WTA turnirlərində yarımfinalçılar müəyyənləşib!

Amerika Birləşmiş Ştatlarının Sinsinnati şəhərində kişi tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 4 milyon 222 min dollar olan ATP seriyalı turnirdə bütün yarımfinalçılar müəyyənləşib.

¼ finalda serbiyalı Novak Cokoviçlə almaniyalı Yan-Lennard Ştruff qarşılaşıb. Görüş 1 saat 4 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Cokoviç

ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən Novak növbəti hissədə də qalib gələrək yarımfinala yüksəlib. Daha bir görüşdə isə rusiyalı Daniil Medvedev ispaniyalı Roberto Bautista-Aqut üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüşdə İspaniya tennisçisi rəqibindən üstün olub.Qadınların mübarizəsində isə yunanıstanlı Mariya Sakkari turnirin iddialılarından amerikalı

Serena Uilyamsa qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən dueldə Uilyams məğlub olaraq tennis həvəskarlarını təəccübləndirib.

Mənbə:idmantv.az

Müxbir:Turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/cin-simali-koreyada-bavi-tufaninin-ardindan-yuksek-heyecan-kecirir/

https://turaz.org/ibrahimovic-daha-bir-il-milanda-oynayacaq/

Translate »