Oktyabr 3, 2022

Avrasiya Hökumətlərarası Şurasının iclasında milli valyutalarla hesablaşmalar müzakirə olunub

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Aqilbəy Cəfərov Avrasiya Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasında deyib: “Biz bugünkü reallıqların ən aktual mövzusunu – milli valyutaların qarşılıqlı ticarətdə istifadəsinin inkişafını müzakirə etdik”.

Turaz.org xəbər verir ki, Cəfərov iclasda Aİİ üzvlərinin hökumət başçıları milli valyutalarda hesablaşmaların inkişafının əsas istiqamətlərini, eləcə də onlara nail olunmasının göstəricilərini ətraflı müzakirə etdiklərini bildirib.

Onlar müzakirə nəticəsində Aİİ üzv dövlətlərinin milli ödəniş kartlarının qarşılıqlı qəbulunun təmin edilməsi, müxbir hesablardan istifadə etməklə hesablaşmaların inkişafı, qarşılıqlı hesablaşmalarda milli valyutaların payının ardıcıl artırılması, maliyyə məlumatlarının dövlətlər arasında maneəsiz ötürülməsi və EAEU üzv dövlətləri, təşkilata üzv dövlətlərin milli valyutalarının valyuta cütləri ilə birja ticarətinin inkişafı məsələləri üzrə zəruri tövsiyələr müəyyən ediblər.

“Əminəm ki, bu tövsiyələrin həyata keçirilməsi milli iqtisadiyyatların və inteqrasiyamızın makroiqtisadi sabitliyinin artırılmasına müsbət təsir göstərəcək”, – Cəfərov bildirib.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/macaristan-azerbaycandan-yasil-elektrik-enerjisi-alacaq
Həmçinin bax: kafkazh.com/rus-turk-muharibeleri-350-ilin-qarsidurmasi

Translate »