Oktyabr 4, 2022

Avroliqada ən çox qazanan basketbolçular kimlərdir?

MBA-da pley-offlar keçirildiyi məqamda Avroliqada səssizlik hökm sürür. Amma Avropa mətbuatı heç də sükuta qərq olmayıb. Fasilədən istifadə edən “köhnə qitə”dən olan həmkarlarımız Avroliqada mübarizə aparan basketbolçuların məvaciblərini hesablamaq qərarına gəlib.

Avropanın nüfuzlu “Eurohoops” nəşri Avroliqada çıxış edən basketbolçuların məvaciblərini hesablayıb. “Barselona”nın ağır forvardı Nikola Mirotiç artıq ikinci il qitənin ən çox məvacib alan basketbolçusu kimi diqqət mərkəzinə düşüb. Qarşıdakı mövsüm Mirotiç 5,4 milyon avro maaş alacaq. İkinci pillədə ilə 3,7 milyon avro qazanacaq “Anadolu Efes”in oyun qurucusu Şeyn Larkin qərarlaşıb. Maraqlıdır ki, 3-5-ci yerləri tutan basketbolçular Rusiya klublarında çıxış edir. Belə ki, “Ximki”nin müdafiəçisi Aleksey Şved, SSKA-nın mərkəz oyunçusu Nikola Milutinov və oyun qurucusu Mayk Ceyms növbəti mövsüm 2,5 milyon avro qazanacaq. Xatırladaq ki, Şved ötən mövsüm bu siyahıda ikinci pillədə qərarlaşmışdı. Sonrakı pillələrdə “Fənərbağça”dan Nando De Kolo, Yan Veselı, “Real”dan Serxio Lyull, Valter Tavareş, Rudi Fernandes, “Barselona”dan Kori Hiqqins, Aleks Abrines, Nik Kalates, “Olimpiakos”dan Kostas Slukas, “Milan”dan Serxio Rodriges və Malkolm Dileyni, SSKA-dan Uill Klayvern və “Makkabi”dən Skotti Uilbekkin yer alıb. Bu basketbolçuların qazancı 1,7– 2,4 milyon avro aralığında dəyişir.

Mənbə: idmantv.az

Müxbir : TurAz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax : https://azertag.az/xeber/Tokio_uzerinde_odlu_daire_musahide_edilib-1566839

https://kafkazh.com/yeniyetmelerin-qrup-aqressiyasi-ve-onlarin-qarsisinin-alinmasi-usullari/

Translate »