Dekabr 7, 2021

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Avropa İttifaqının gələn həftənin əvvəlində Belarusa qarşı sanksiyaları genişləndirəcəyini bildirib.

Bu barədə Turaz.org “TASS”a istinadən xəbər verir.

Yeni sanksiyalar fiziki və hüquqi şəxslərə şamil olunacaq.

Qeyd edək ki, bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildiriblər.

Rəsmi Minsk bütün ittihamları rədd edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »