İyun 6, 2023

Avropa İttifaqı Belarusdakı prezident seçkilərini tənqid edib

Aleksandr Lukaşenko öz növbəsində, küçələrə çıxan müxalifətçiləri “qoyun” adlandırıb və ölkənin parçalanmasına imkan verməyəcəyini söyləyib.
Gecə 3 minə yaxın şəxsin saxlandığı deyilir. Etirazçılar arasında xəsarət alanlar var. Lukaşenko deyib ki, təhlükəsizlik əməkdaşları arasında da yaralananlar olub.

Lukaşenko hesab edir ki, etirazlar xaricdən idarə edilir:
“Polşadan, Bpyük Britaniyadan, Çexiyadan zənglər olub, bizimkiləri idarə edirlər, məni bağışlayın, qoyunları. Onlar nə etdiklərini başa düşmürlər və artıq idarə olunurlar,” – Lukaşenko bəyan edib.
Seçkinin nəticələrinə görə, 10 faiz səs toplamış, Lukaşenkonun əsas rəqibi sayılan Tixanovskaya jurnalistlərə bildirib ki, bütün gecəni onlar protokolların fotosunu alıblar və rəqəmlər Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrdən fərqlənir.

Qaynaq:BBC News Azerbaycan

Həmçinin bax:https://kafkazh.com/babek-xalq-qehremani-yoxsa-islam-elehdari/

Translate »