May 16, 2022

Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır

 

 

Avropa İttifaqı (Aİ) diplomatik missiyasını Kiyevə qaytarır.

Turaz.org “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə qərar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Kiyevə səfəri zamanı verilib.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başladıqdan sonra Aİ-nin Kiyevdəki diplomatik missiyası Polşanın Rzeşov şəhərinə köçürülmüşdü.

Xatırladaq ki, Avropa Komissiyası bu yay Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı nəticə çıxaracağını vəd etmişdi.

Müxbir: Əzizə Əlizadə

Translate »