Fevral 3, 2023

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

 

 

Avropa İttifaqı (Ai) ölkələrinin səfirləri təşkilatın Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın qurumdakı nümayəndəliyi məlumat verib.

Aİ-nin altıncı sanksiyalar paketinə Rusiyadan dəniz yolu ilə neft tədarükünə qadağa daxildir. Üstəlik, sanksiyalar paketi boru kəməri ilə neftin idxalına embarqo qoyulmasına imkan verir.

“Səfirlərin qərarı var. Altıncı sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında cümə günü dərc edildikdən sonra qüvvəyə minəcək”, – diplomat bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »