Oktyabr 1, 2022

Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli olub

 

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Turaz.org-un məlumatına görə, püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.

Azərbaycan təmsilçisi G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) ilə üz-üzə gələcək.

Qeyd edək ki, oyunlar 8 sentyabr, 15 sentyabr, 6 oktyabr, 13 oktyabr, 27 oktyabr və 3 noyabrda olacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »