Fevral 8, 2023

Avropa parlamenti Macarıstanın Pedofiliya Qanununun AB dəyərlərini və prinsiplərini pozduğunu söyləyib.

Turaz.org xəbər verir ki, Avropa Parlamenti cümə axşamı günü “Macarıstanda demokratiyanın və qanunun aliliyinin pozulmasını” qınayan və ölkənin bu yaxınlarda təsdiqlənmiş pedofil əleyhinə qanununun Avropa Birliyinin dəyərlərinə, prinsiplərinə və qanunlarına zidd olduğunu qınayan bir qərar qəbul edib.

 

459 səs lehinə, 147 əleyhinə və 58 bitərəf səslə qəbul edilən qətnamədə, Avropa Parlamentinin deputatları Macarıstanın yeni qanununun Aİ-nin Əsas Hüquqlar Xartiyasında təsbit edilmiş əsas hüquqları və blokun təsis müqavilələrini və daxili bazar qanunvericiliyini “açıq şəkildə pozduğunu” bildiriblər.

Qərarda qanunu “Macarıstandakı əsas hüquqların tədricən dağıdılmasının qəsdən və düşünülmüş nümunəsi” adlandıraraq “dövlət tərəfindən maliyyələşdirilən LGBTIQ-fobiya və dezinformasiya kampaniyalarının” ölkədə “siyasi senzuranın alətləri” halına gəldiyini bildirib.

 

Bu cür “insan hüquqları pozuntularının” “demokratiyanın və qanunun aliliyinin, o cümlədən media azadlığının pozulması üçün daha geniş bir siyasi gündəliyin” bir hissəsi olduğunu və AB dəyərlərinin sistematik şəkildə pozulması olaraq qəbul edilməli olduğunu söyləyib.

 

AB millət vəkilləri, keçən ilin dekabr ayında Macarıstan konstitusiyasında bir ananın bir qadın, bir atanın bir kişi olması və transseksual və cinsiyyətarası cinslərin tanınmasını qadağan etməsi ilə edilən düzəlişin AB qanunlarının pozulmasının bir başqa nümunəsi olduğunu söyləyiblər.

Avropa Parlamenti üzvləri, “tolerantlıq, qəbuletmə və müxtəlifliyin uşağın ən yaxşı mənafelərinə hörmət edilməsini təmin etmək üçün rəhbər prinsiplər rolunu oynaya biləcəyini” bəyan edərək, uşaqların hüquqlarını müdafiə etmək öhdəliklərini dilə gətiriblər.

Qərar, Avropa Komissiyasını Avropa Parlamenti üzvlərinin “anti-LGBTİQ qanunvericiliyi” və Avropa Ədalət Məhkəməsinin “müvəqqəti tədbirləri və uyğunsuzluğa görə lazımi cəzalar” dediklərinə görə Macarıstana qarşı pozuntu prosedurunu başlatmağa sövq edir. Ayrıca, üzv dövlətləri, AK- nin qanunla ilgili bir iş görməməsi halında məsələni CJEU-ya gətirməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası bir müraciət etməyə çağırır.

Macarıstanın keçən ay təsdiqlənmiş pedofil əleyhinə qanunu, digər şeylər arasında, məktəblərdə cinsi təhsil materiallarında cinsi dəyişdirməyə və ya homoseksuallığı təşviq etməyə yönəlmiş bir şey olmamalıdır.

 

LGBT + Məhdudlaşdırıcı Qanunun qüvvəyə minməsi ilə QHT-lər Parlamentdə Göy qurşağı şarını qaldırırlar

 

Təşkilatçılar mitinqdə “Bu qanun uğursuz olmalıdır” deyib.

 

Macarıstan hökuməti, qanunun valideynlərə övladlarının cinsi təhsili barədə qərar vermək hüququ verilməsi ilə əlaqəli olduğunu söyləyib.

Tərcüməçi: Həmidə İskəndərova

Həmçin bax:https://turaz.org/qirgizistanda-1295-yeni-covid-19-a-yoluxma-fakti-askar-edilib/

Həmçin bax:https://turaz.org/cenubi-koreya-karantin-rejimini-sertlesdirir/

Translate »