Dekabr 8, 2021

Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib

Rusiyadan qaz tədarükü həcmlərinin azalması fonunda Avropada qazın fyuçerslərinin qiyməti 5,6% artaraq, 1000 kubmetr üçün 800 ABŞ dollarını keçib.

Turaz.org xəbər verir ki, bu barədə “ICE Futures” birjasının məlumatlarından məlum olur.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 858,3 ABŞ dolları ilə başlasa da, sonradan bahalaşaraq, 1000 kubmetr üçün 880,5 ABŞ dollarına çatıb.

Yayın sonlarından başlayaraq, Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Bu amillərə Asiyada qaza olan tələbin kəskin sürətdə artması, həmçinin Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olması da daxildir.

Oktyabrın 6-da tarixi maksimuma – 1000 kubmetr üçün 1 937 ABŞ dollarına çatan qaz qiymətləri tədricən aşağı düşməyə başlayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »