Dekabr 9, 2021

Avropada qazın qiyməti 865 dollara düşüb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda 5% azalaraq hər min kubmetr üçün 865,2 ABŞ dollarına düşüb.

Turaz.org bu barədə “ICE Futures”in məlumatına istinadən xəbər verir.

Niderlandın TTF indeksinə əsasən dekabr fyuçerslərinin qiyməti ticarət sessiyasının əvvəlində hər min kubmetr üçün 935,6 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün qazın qiyməti 17,5% artaraq 950 ABŞ dollarını keçmişdi.

Müxbir: Əzizə Əlizadə

Translate »