Avstraliya təqribən iki ildən sonra ilk dəfə olaraq beynəlxalq sərhədini yenidən açaraq ailələrin qovuşmasına və turizmə təkan verdi.
Turaz.org xəbər verir ki, ölkə “Covid” səbəbiylə 2020-ci ilin martında bağlandıqdan sonra dünyanın ən sərt səyahət qadağalarından bəzilərini tətbiq etdi.
Avstraliyalılara və bəzi şəxslərə ötən ilin sonundan qayıtmağa icazə verildi, lakin əksər əcnəbilər gözləməli oldular.
Bazar ertəsi Sidney Hava Limanında yüzlərlə insan reyslərlə gəlməyə başlayanda gözyaşlarını tuta bilmədi.
İki vaksin vurdurmuş ziyarətçilərin karantinə girməsinə ehtiyac yoxdur, lakin peyvənd olunmamış səyahətçilər öz hesablarına 14 gün oteldə karantində qalmalıdılar.
Bazar ertəsi günü 50-dən çox beynəlxalq uçuş həyata keçiriləcək. Səyahətçilər martın 3-dək bağlı qalan və üç vaksin tələb edən Qərbi Avstraliyadan başqa bütün ştatlara daxil ola bilərlər.
Ticarət, Turizm və İnvestisiya Naziri Dan Tehan “Turizm sənayemiz və orada çalışan 660,000 insan üçün gözəl xəbərdir” – dedi.
Avstraliyanın 2019-cu ildə təxminən 9,5 milyon xaricə ziyarətçisi olub. Cənab Tehan ölkədaxili səyahət qadağalarından da zərər çəkən turizm sektorunda güclü dirçəliş ümid etdiyini söylədi.
Ölkənin sərt tədbirləri ailələri ayırdıqları və bizneslərə mane olduqları üçün tənqidlərə məruz qaldı, lakin peyvəndlər mövcud olana qədər çoxlu ölümün qarşısını almaqla da etibar qazandı. Avstraliyada təxminən 4,900 Covid ölümü qeydə alınıb.
Tərcüməçi: Aytac İsrayılova
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib