Noyabr 26, 2021

Avstriya koronavirusa qarşı tam peyvənd olunmayanlara komendant saatı tətbiq edəcək

Avstriya bazar ertəsi günündən etibarən yoluxma halları artdığı üçün ölkədə peyvənd olunmayanlara qarşı komendant saatı tətbiq edəcək. Kansler Alexander Schallenberg cümə axşamı keçirdiyi mətbuat konfransında, bazar günü dövlət başçıları və ekspertlərlə görüşdən sonra karantin rejiminə “yaşıl işıq” verilə biləcəyini söylədi.

Turaz.org xəbər verir ki, hamı üçün komendant saatı tətbiqinin əleyhinə olduğunu qeyd edən Şallenberq, federal səviyyədəki hərəkətin koronavirus epidemiyası ilə mübarizədə olduğunu söylədi. Səhiyyə naziri Wolfgang Muckstein, Bazar ertəsi günündən etibarən Yuxarı Avstriya və Salzburq əyalətlərində peyvənd olunmayanlar üçün komendant saatının müəyyən olduğunu söylədi, lakin oxşar tədbirin bütün ölkə üçün nə vaxt qüvvəyə minəcəyi ilə bağlı sualları cavablandırmadı.

Muckstein, səhiyyə sektorunda çalışanlar üçün peyvənd öhdəliyinin həyata keçiriləcəyini söylədi. Bazar ertəsi günündən etibarən hətta yoluxma və ya PCR testi mənfi olsa belə, iki ştatda tam peyvənd olunmayanların, çölə çıxmasına icazə verilməyəcək.

Almaniya, yoluxmaların artmasına görə Avstriyanı yenidən “yüksək riskli” ölkə kateqoriyasına qoydu.

Bazar günündən etibarən Avstriyadan gələnlər 10 günlük karantinə məruz qalacaqlar. Karantinin beşinci günündə onların COVİD-19 testi neqativ çıxarsa , karantini tərk edə biləcəklər.

ABŞ-da yerləşən Con Hopkins Universitetinin məlumatına görə, ölkədə 923,150 yoluxma və 11,601 ölüm faktı qeydə alınıb.

Tərcümə etdi: Aytac İsrayılova 

Həmçinin bax: turaz.org/mn-ermenistan-silahli-quvveleri-movqelerimizi-intensiv-atese-tutub/

 

Translate »