Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz 1840”, “Mercedes-Benz Axor” və “Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:customs.gov.az
Həmçinin bax: https://azertag.az/xeber/COVID_19_pandemiyasinin_Azerbaycan_muzeylerine_tesirine_dair_sorgu_kechirilib-1565977
Son Xəbərlər
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
Suriyadakı son vəziyyət