Noyabr 27, 2021
ahıska

Axısqa türklərinin SSRİ diktatoru Stalin tərəfindən sürgün edilməsindən 77 il keçir

77 il əvvəl Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) rəhbəri İosif Stalin tərəfindən doğma yurd-yuvalarından sürgün edilən Axısqa türklərinin ürəyində sürgün ağrısı, vətən həsrəti ilk günkü kimi təzədir.

Turaz.org olaraq bu gün sizlərə SSRİ-nin acılı, əzablı günlər yaşatdığı, öz vətənlərindən didərgin etdirdiyi Axısqa türklərindən bəhs edəcəyik.

1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsindən sonra imzalanan Ədirnə müqaviləsinə əsasən, Gürcüstan ilə Türkiyə sərhədində yerləşən Axısqa bölgəsi Rusiyanın tərkibinə qatıldı. Bölgə Birinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının sərhədləri daxilində qalan Gürcüstanın tərkibinə daxil olundu. Bu dövr SSRİ-dəki bütün türk və müsəlman toplumları kimi Axısqa türkləri üçün də əzabların başlanğıcı oldu.

Axısqa türkləri İkinci Dünya Müharibəsində Sovet ordusunun tərkibində vuruşsalar da, SSRİ-nin lideri İosif Stalin onları öz doğma vətənlərindən sürgün etdi. Stalin rəhbərliyi sürgünə səbəb kimi “İkinci Dünya Müharibəsində ruslarla cəbhədə olan Axısqa türklərinin nasistlərlə işbirliyi etdiyini” göstərdi. Lakin Sovet İttifaqının dağılması ilə bu iddianın doğru olmadığı və əsl məqsədin başqa olduğu aydın oldu. SSRİ-nin qeydlərinə görə, Krım və Axısqa türklərinin sürgününün Qara dəniz bölgəsini türklərdən təmizləmək üçün həyata keçirildiyi aydın oldu.

Stalinin əmri ilə bir gecə qəfil gələn xəbər ilə doğulub boya-başa çatdıqları vətənlərini tərk etmək məcburiyyətində qalan Axısqa türkləri “ölüm qatarı” deyilən heyvan vaqonlarına yığılaraq naməlum istiqamətdə yola çıxdılar. Yenə Sovet İttifaqının daxili bölgələrinə göndərilən təxminən 90-117 min Axısqa türkü yolda aclıqdan və xəstəlikdən öldü. Müxtəlif bölgələrə yayılan Axısqa türkləri illər boyu bir-birindən xəbər almadan yaşadılar.

Doğma yurdundan didərgin düşərək, getdiyi yerdə sağ qalan ahıskalıların övladları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, ABŞ və Türkiyədə həyatlarını Vətən həsrəti ilə davam etdirirlər. 1944-cü ildə sürgün edilən Qafqaz xalqları arasında heç bir şəkildə vətənlərinə dönə bilməyənlər Axısqalılar oldu. Gürcüstan Avropa Şurasına qəbul olunarkən Axısqalıları öz vətənlərinə köçürmək öhdəliyini götürdü, lakin müxalifətin reaksiyası ilə indiyə qədər verdiyi vədləri yerinə yetirmədi.

Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/macaristan-serhed-muhafizesine-fast-track-teliminden-sonra-konullulerini-gonderib
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »