Oktyabr 23, 2021

Azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb

İşğaldan azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb.

Bu barədə Turaz.org “Report”a istinadən xəbər verir.

“Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır”, – Dövlət Xidmətindən bildirilib.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/azerbaycan-xarici-isler-nazirliyi-rusiyaya-bassagligi-verib/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »