İyun 1, 2023

Azad edilən ərazilərdə daha 31 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

Turaz.org xəbər verir ki, ANAMA-dan “Report”a verilən məlumata görə, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Translate »