Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
Turaz.org xəbər verir ki,ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Füzulidə silah-sursat aşkar edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb