İşğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərəcək qurumların yaradılması və maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər hazırlanacaq.
Turaz.org xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə imzaladığı sərəncamda əksini tapıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür