Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
Turaz.org-un əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.
Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir.
Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
İsmayıllıda zəlzələ oldu