Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
Turaz.org xəbər verir ki,ANAMA-dan verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran Azərbaycana nota verib
Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq
Netanyahu səfirliyin açılması münasibətilə Azərbaycanı təbrik edib