Oktyabr 24, 2021

Azad olunan ərazilərdə daha 63 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Turaz.org xəbər verir ki,ANAMA-dan verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/rusiyada-universitete-silahli-basqinda-8-nefer-olub-28-nefer-xesaret-alib/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »